Müdafiə Nazirliyində yüksək vəzifəyə TƏYİNAT
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan Müdafiə Nazirliyində Şəxsi Heyət Baş İdarəsinə yeni rəis təyin
olunub.
“Report” xəbər verir ki, bu vəzifə general-mayor Müşfiq Məmmədova həvalə
olunub.
Məlumatı Müdafiə Nazirliyi təsdiqləyib. Qeyd edilib ki, Azərbaycan Prezidenti
İlham Əliyevin müvafiq Sərəncamı ilə general-mayor Müşfiq Məmmədov Müdafiə
Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi rəisi vəzifəsinə təyin olunub.
Xatırladaq ki, idarənin əvvəlki rəisi hazırda Azərbaycan Ordusunun Baş
Qərargah rəisi olan Kərim Vəliyev idi. K.Vəliyev Baş Qərargah rəisi təyin
olunduqdan sonra bu vəzifəni general-mayor Elçin Xəlilov icra edib.
Qeyd edək ki, M.Məmmədov bu təyinata qədər Azərbaycanın Türkiyədəki hərbi
attaşesi olub. O, eyni zamanda Azərbaycanın Bolqarıstanda akkreditə olunmuş
hərbi attaşesi vəzifəsini də icra edib.