60c0a0e3-4716-485e-8c8d-b7d0196bd791..jpg

Müdafiə Nazirliyindən Ermənistana “Qisas” əməliyyatı barədə xatırlatma

Baxış sayı: 2. 776 dəfə baxılıb.

Müdafiə Nazirliyindən Ermənistana “Qisas” əməliyyatı barədə xatırlatma

“Ermənistan tərəfindən Azərbaycana qarşı aparılan mina terroru siyasəti hələ
də davam etdirilir. Dəfələrlə tərəfimizdən xəbərdarlıq edilməsinə baxmayaraq,
qanunsuz yollarla Azərbaycana daşınan və ərazimizdə basdırılan minaların
qurbanı mülki vətəndaşlarımız və hərbi qulluqçularımız olur”.

Bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, martın 4-də Qarabağ iqtisadi rayonunda baş vermiş mina
partlayışı nəticəsində daha bir hərbi qulluqçumuz şəhid olub:

“2021-ci ildə Ermənistanda istehsal olunan minaların Laçın yolundan istifadə
edilərək kütləvi şəkildə Azərbaycan ərazilərinə gətirilməsi və basdırılması
faktları müəyyən olunub, Türkiyə-Rusiya birgə monitorinq mərkəzinin
nümayəndələrinin və hərbi attaşelərin həmin əraziyə faktaraşdırıcı səfəri
təşkil olunub. Ermənistanın və qanunsuz erməni hərbi birləşmələrinin bu kimi
əməllərinə və hərbi qulluqçumuzun şəhid olmasına cavab olaraq 2022-ci ilin
avqust ayında Azərbaycan Ordusu tərəfindən “Qisas” əməliyyatı həyata keçirilib.
Bir daha xəbərdarlıq edirik ki, Ermənistan tərəfindən Azərbaycan ərazisinə
hərbi təyinatlı yüklərin daşınmasına, Ermənistan silahlı qüvvələrinin şəxsi
heyətinin göndərilməsinə və rotasiyasına dərhal və birdəfəlik son qoyulmalı,
Ermənistan qoşunları ölkəmizin ərazisindən tam çıxarılmalıdır. Əks təqdirdə
Azərbaycan tərəfi bütün imkanlardan istifadə etməklə qeyri-qanuni silahlıların
tərksilah edilməsi və zərərsizləşdirilməsi istiqamətində qəti zəruri tədbirlər
görmək məcburiyyətində qalacaqdır”.

Source link