7deb63b3-9f6e-4679-8d2f-4d7f70431462..jpg

Müdafiə Nazirliyinin bazasından Türkiyəyə növbəti yardım göndərilib – FOTO

Baxış sayı: 705 dəfə baxılıb.

Müdafiə Nazirliyinin bazasından Türkiyəyə növbəti yardım göndərilib – FOTO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı
İlham Əliyevin göstərişinə əsasən, Türkiyədə baş vermiş zəlzələdən
zərərçəkənlərə dəstək məqsədilə həyata keçirilən yardım tədbirləri davam edir.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin təminat bazasından
qardaş ölkəyə qış səhra çadırları, adyallar, çarpayılar, yataq kisələri,
qızdırıcılar, elektrik generatorları və digər zəruri əşyalardan ibarət növbəti
yardım yük avtomobilləri ilə qardaş ölkəyə göndərilib.

Source link