bcb3ecd0-41e3-4fb6-99ad-425f12871db3..jpg

Müdafiə Nazirliyinin hərbi qulluqçusu odlu silahdan açılmış atəş nəticəsində ölüb – VİDEO

Baxış sayı: 1. 103 dəfə baxılıb.

Müdafiə Nazirliyinin hərbi qulluqçusu odlu silahdan açılmış atəş nəticəsində
ölüb – VİDEO

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər
Nəzərzadə Nihad Natiq oğlunun odlu silahdan açılmış atəş nəticəsində ölməsi
faktı ilə əlaqədar cinayət işi başlanılıb.

Bu barədə Cixisyolu.com-a Hərbi prokurorun böyük köməkçisi – Hərbi Prokurorluğun
Mətbuat Xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev bildirib.

Əsgər Nəzərzadə Nihad Natiq oğlunun odlu silahdan açılmış atəş nəticəsində
ölməsi faktı ilə əlaqədar Qubadlı hərbi prokurorluğunun əməkdaşları tərəfindən
hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər
maddi sübut kimi götürülüb, izahatlar alınıb və digər hərəkətlər icra edilib.

Fakt üzrə Qubadlı hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib,
müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq
hərəkətləri həyata keçirilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq
bütün tədbirlərin görülməsi təmin olunacaq.


Source link