e93ec384-1e3d-43eb-b503-d93341b0e5f6..jpg

Müdafiə Nazirliyinin rəhbərliyi Anım Günündə şəhidlərimizin məzarlarını ziyarət edib – YENİLƏNİB + FOTO/VİDEO

Baxış sayı: 480 dəfə baxılıb.

Müdafiə Nazirliyinin rəhbərliyi Anım Günündə şəhidlərimizin məzarlarını
ziyarət edib – YENİLƏNİB + FOTO/VİDEO

Sentyabrın 27-də Anım Günü münasibətilə müdafiə naziri general-polkovnik Zakir
Həsənov və nazirliyin digər rəhbər heyəti İkinci Şəhidlər xiyabanını ziyarət
ediblər.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, əvvəlcə hərbi orkestrin müşayiəti ilə Azərbaycan
Respublikasının Dövlət Himni ifa edilib.

Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid
olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına
dualar oxunub, məzarları ziyarət edilərək üzərlərinə gül dəstələri düzülüb.

Sonda general-polkovnik Z.Həsənov və nazirliyin digər rəhbər heyəti şəhidlərin
ailə üzvləri və yaxınları ilə görüşüb, onların qayğıları ilə maraqlanıblar.

Şəhid ailələrinin üzvləri xiyabanda aparılan yenidənqurma, abadlıq işləri, o
cümlədən ziyarətçilər üçün yaradılan şəraitdən razılıqlarını ifadə ediblər.
Şəhid məzarlarına hörmət və ehtiramla qulluq göstərildiyinə görə
minnətdarlıqlarını bildiriblər.

08:49

Bu gün Vətən müharibəsinin ildönümü münasibətilə müdafiə naziri
general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti İkinci Şəhidlər
xiyabanını ziyarət ediblər.

“Report”un xəbərinə görə, hərbçilər ölkəmizin müstəqilliyi və ərazi
bütövlüyünün təmin olunması uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsini bir
dəqiqəlik sükutla yad edib, ruhlarına dualar oxuyublar.

Nazirliyin rəhbər heyəti şəhidlərimizin məzarlarını ziyarət edərək üzərlərinə
gül dəstələri düzüb.

Daha çox şəkil burada: PhotoStock.az


Source link