99589ebf-5561-42dc-bb23-73fab1056143..jpg

Müdafiə Nazirliyinin sabiq idarə rəisinin məhkəməsində şahid ifadə verib

Baxış sayı: 420 dəfə baxılıb.

Müdafiə Nazirliyinin sabiq idarə rəisinin məhkəməsində şahid ifadə verib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müdafiə Nazirliyinin mənimsəmədə ittiham olunan mənzil-istismar idarəsinin
sabiq rəisi Mahir Şirvanovun cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Hərbi Məhkəməsində hakim Zeynal Ağayevin
sədrliyi ilə keçirilən iclasa 1 nəfər şahid gəlib.

Zaman Əsədov təqsirləndirilən şəxsin sürücüsü işləyib. Şahidin sözlərinə görə,
Hərbi Kənd Təsərrüfatı Birliyinin rəisi Zahir Tağıyevin göndərdiyi bağlamaları
M.Şirvanova çatdırıb: “Zahir Tağıyevin göndərdiyi bağlamaları gətirib nazirliyə
təhvil verirdim. Əsasən bayramlarda, ad günlərində filan belə hallar olurdu.
Xüsusən mer-meyvə olurdu. Şirvanovdan əvvəl də Məlikməmməd Qurbanova bağlamalar
göndərilirdi”.

Şahid istintaq dövründə verdiyi ifadəsində hədiyyə kimi göndərilən bağlamaları
şəxsən M.Şirvanova verdiyini deyib.

Proses noyabrın 24-ü davam etdiriləcək.

Qeyd edək ki, 2022-ci ilin əvvəlində Dövlət Təhkükəsizliyi Xidməti Müdafiə
Nazirliyində qanun pozuntuları ilə bağlı əməliyyat keçirib. Əməliyyatla cinayət
məsuliyyətinə cəlb edilən zabitlərə qarşı Cinayət Məcəlləsinin 179.4-cü
(xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.

İş üzrə dövlətə dəymiş 143 milyon manat ziyanın 40 milyon manatı ödətdirilib.

Source link