0f84321e-4e9a-4e67-a413-e2c7d2e8cd86..jpg

Müdafiə Sənayesi Nazirliyinin şöbə müdiri işdən çıxarılıb

Baxış sayı: 460 dəfə baxılıb.

Müdafiə Sənayesi Nazirliyinin şöbə müdiri işdən çıxarılıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müdafiə Sənayesi Nazirliyinin kadrlar şöbəsinin müdiri Elgün Bəxtiyarov
vəzifəsindən azad edilib.

“Report”un xəbərinə görə, bununla bağlı müdafiə sənayesi naziri Vüqar
Mustafayev əmr imzalayıb.

Həmin vəzifəyə hələlik təyinat olmayıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin bu il noyabrın 18-də imzaladığı
Sərəncamı ilə Vüqar Valeh oğlu Mustafayev müdafiə sənayesi naziri təyin olunub.

Xatırladaq ki, üç həftə əvvəl yeni nazir Müdafiə Sənayesi Nazirliyinin Aparat
rəhbəri Zaur Əliyevi də vəzifəsindən kənarlaşdırıb.

Source link