Müğənniyə ölən anasından mesaj gəldi

Müğənniyə ölən anasından mesaj gəldi

Baxış sayı: 3. 799 dəfə baxılıb.

Türkiyəli ifaçı Can Bonomonun başına iş gəlib.

ÇıxışYolu.Com xəbər verir ki, hakerlər müğənninin 2011-ci ildə həyatını itirən anasının “Facebook” hesabını hekləyiblər.

İfaçıya anasının hesabından mesaj yazan hakerlər ondan 10 min avro pul istəyiblər:

“Oğlum, necəsən? Bu, özəl sirrimiz olsun. Burada insanlarla əlaqə qurmaq haqqımız var. Mən yaxşıyam. Ölmədən öncə birinə borcum var idi. Sənə hesabını versəm, ora 10 min avro ödəyə bilərsən? Günəş kimi parlaq ol. Sənin anan…”

Müğənniyə ölən anasından mesaj gəldi

Hakerlərin ona yazdığı mesajı sosial media hesabında paylaşan Bonomo fikirlərini belə ifadə edib:

“Xərçəng səbəbilə dünyasını dəyişən anamın “Facebook” hesabını hekləyərək ölmədən öncə dost olduğu insanlardan və ailəsindən pul dilənən məxluq. Təmiz qəlbli insanlar görsünlər ki, nəyə nəzərən daha yaxşıdırlar. Pis insanlar gülüb keçsinlər, qəzetlərinə yazıb satsınlar. Haralara gəldik?”

Qeyd edək ki, Can Bonomo Türkiyəni “Eurovision” müsabiqəsində təmsil etdikdən sonra tanınmağa başlayıb.

.
www.ÇıxışYolu.Com