da904929-a0aa-4acd-92ff-79bc67bda703..jpg

Müğənni həyat yoldaşını qısqanclıq zəminində qətlə yetirən şəxsə hökm oxunub

Baxış sayı: 615 dəfə baxılıb.

Müğənni həyat yoldaşını qısqanclıq zəminində qətlə yetirən şəxsə hökm oxunub
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda müğənni həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Anar
Həşimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun
sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.

Hökmə əsasən, təqsirləndirilən Anar Həşimov 17 il müddətinə azadlıqdan məhrum
edilib.

Qeyd edək ki, ittihama görə, Anar Həşimov 2023-cü ilin sentyabr-oktyabr
aylarında arvad Yaqut Həşimovanın istifadəsində olan mobil telefona baxaraq
cihazın “WhatsApp” proqramında başqa şəxslərlə münasibətdə olması barədə
qarşılıqlı mesajlar görüb.

Daha sonra təqsirləndirilən şəxs bu barədə Yaquta iradını bildirib. Yaqut
Həşimova isə iradlarını qəbul etməyərək onun işlərinə qarışmamasını tələb edib.

Bundan sonra aralarında baş vermiş mübahisə zamanı təqsirləndirilən şəxs Anar
Həşimov, qısqanclıq zəminində qisas almaq niyyəti ilə arvadı Yaqut Həşimovanı
əzab, işgəncə verməklə xüsusi amansızlıqla qəsdən öldürmək məqsədilə baş
nahiyəsindən iki dəfə vurub.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (Qəsdən adam öldürmə – xüsusi
amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham
irəli sürülüb.

Source link