Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində əməkdar artist Könül Kərimovaya qarşı dələduzluq etməkdə təqsirləndirilən Məlahət Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
ÇıxışYolu.Com-ın xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının tamamlandığı elan edilib.
Sonra prokuror Vüqar Quliyev çıxış edib. O, çıxışında M. Məmmədovaya qarşı istintaq orqanı tərəfindən irəli sürülən ittihamın məhkəmə zamanı sübuta yetirildiyini qeyd edib.
Prokuror M. Məmmədovanın cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 6 il 9 ay 29 gün müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmə iclası dekabrın 12-də davam etdiriləcək.
Etibar Məmmədov
www.ÇıxışYolu.Com