Müğənni Madonnadan onu məhkəməyə verən fanatlarına CAVAB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Amerikalı müğənni Madonna konsertin gec başlamasına görə onu məhkəməyə verən
fanatlarına sərt cavab verib.
Məhkəmə sənədlərinə əsasən müğənni konsertin gec başlamasına görə onu
məhkəməyə verən pərəstişkarları ilə bağlı deyib ki, onlar ödədikləri məbləğə
uyğun konsertdə iştirak ediblər və heç bir həqiqi fanat Pop Kraliçasının
vaxtında çıxış edəcəyini gözləyə bilməz.
Xatırladaq ki, 65 yaşlı Madonna dekabrın 13-də Bruklində “Barclays Center”də
konsertinə üç saat gecikib.
Mənbə: Daily Mail