9676447a-4033-465c-852f-e46148aa7e17..jpg

Müğənni Rəqsanə həbs olunan prodüserin uşaqlarını sığınacağa yerləşdirdi – VİDEO

Baxış sayı: 3. 049 dəfə baxılıb.

Müğənni Rəqsanə həbs olunan prodüserin uşaqlarını sığınacağa yerləşdirdi –
VİDEO

Müğənni Rəqsanə İsmayılova illərdir qalmaqal yaşadığı, ötən gün həbs olunan
prodüser Təranə Səmədovanın övladlarını sığınacağa yerləşdirib.

Lent.az xəbər verir ki, müğənni “TikTok” hesabında açdığı canlı yayımda
prodüserin həbs edilməsinə münasibət bildirib.

Danışarkən göz yaşlarını saxlaya bilməyən Rəqsanə deyib ki, bir müddət öncə
barışdığı Təranənin uşaqlarına yazığı gəlir:

“Eşitdim ki, Təranənin problemləri, ehtiyacları var. Onunla danışırdım. Dedim
ki, əlimdən gəldiyi qədər sənə kömək edəcəyəm. Amma bir az ağılla hərəkət etmək
lazım idi. Ona, əsas da övladlarına yazığım gəlir. Bu gün onun övladlarını
sığınacağa yerləşdirdim. Oradan gələndən bəri ağlayıram”.

Xatırladaq ki, fevralın 14-də saxlanılan Təranə Səmədova Cinayət Məcəlləsinin
182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunub. O, 2017-ci ildə
qadın alveri səbəbilə ittiham olunaraq iki il müddətinə azadlıqdan məhrum
edilib. 2019-cu ildə azadlığa çıxan tanınmış prodüser ötən il də qanunsuz
olaraq narkotik maddə gəzdirdiyi üçün saxlanılıb. Məhkəmə T.Səmədovanın hamilə
olduğunu nəzərə alaraq, ona həbs cəzası verməmişdi. Prodüser 400 manat
məbləğində cərimə olunaraq sərbəst buraxılmışdı.

Qeyd edək ki, 2022-ci ilin dekabrında T.Səmədovanın əri Rasim Həsənov da
hədə-qorxu ilə pul tələb etmə ittihamı ilə saxlanılmışdı.


Source link