4874ab4b-c09f-4fbd-81b0-ab86fe7155bb..jpg

Müğənni Rəqsanə İsmayılova həbsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirdi – YENİLƏNİB + VİDEO

Baxış sayı: 422 dəfə baxılıb.

Müğənni Rəqsanə İsmayılova həbsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirdi
– YENİLƏNİB + VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bir neçə saatdır ki, bütün Azərbaycan mətbuatı mənim saxlandığımı yazır. Heç
nə olmayıb və bu yalan məlumatdır”.

Cixisyolu.com xəbər verir ki, bu barədə müğənni Rəqsanə İsmayılova özünün “Instagram”
hesabından video paylaşım edib.

O bildirib ki, hazırda Moskvada öz evindədir və ayın 10-dan sonra Azərbaycana
gələcək:

“Mənim hansısa səbəbdən saxlandığımı, problemlərin olduğunu yazırlar. Heç bir
problem yoxdur, məni heç kim saxlamayıb”.

15:07

Azərbaycanın tanınmış müğənnisi Rəqsanə İsmayılova qanunsuz miqrasiyanın
təşkilinə görə cinayət işi üzrə saxlanılıb. Hazırda o, Rusiya Cinayət
Məcəlləsinin “Rüşvət vermə” və “Sənəd saxtakarlığı” maddələri ilə ittiham
olunur.

Bu barədə “BÇK-OQPU” “Telegram” kanalı öz mənbələrinə istinadla xəbər verib.

Bildirilir ki, qalmaqallı müğənni (vətənində dələduzluqda axtarışda olub,
anası və bacısı isə Türkiyədə insan alverinə görə cinayət məsuliyyətinə cəlb
edilib) ötən gün İstintaq Komitəsinin Solntsevo İstintaq İdarəsinə gəlib.

R.İsmayılova Solntsevo Daxili İşlər Nazirliyinin Daxili İşlər İdarəsinin
əməkdaşı Yelena Smirnovaya qarşı 2023-cü il işində şahid qismində gətirilib.
Yelena Smirnova, Qurbanov soyadlı biri ilə əlbir olaraq ona və ən azı iki
azərbaycanlıya pasport verib.

Amma məlum olub ki, o, iki yox, üç nəfərə pasport verib – R.İsmayılovanın
dindirilməzdən əvvəl müstəntiqə təqdim etdiyi pasportu da saxta şəxsiyyət
məlumatları ilə hazırlanıb və 2019-cu ildə həmin işçidən alınıb.

Müstəntiqlərin fikrincə, müğənni həmin Qurbanova 650 min rubla (indiki məzənnə
ilə 12 min manat – red.) yaxın pul köçürüb və o, yoxlanılmış üsulla ona yeni
sənəd almağa kömək edib.

2023-cü il aprelin 2-də bu faktla bağlı cinayət işi açılıb və müğənni ölkədən
çıxmamaq şərti ilə azadlığa buraxılıb.

Source link