867d66e5-c533-46dd-bdd5-50cd63a2bb7b..jpg

Müğənni Rəqsanənin həbsdə olan mülkləri ilə bağlı məhkəmə qərar verdi

Baxış sayı: 725 dəfə baxılıb.

Müğənni Rəqsanənin həbsdə olan mülkləri ilə bağlı məhkəmə qərar verdi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyada yaşayan müğənni Rəqsanə İsmayılovanın Azərbaycandakı mülklərinə həbs
qoyulması barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə
prosesi başa çatıb.

“Qaynarinfo”nun məlumatına görə, hakim Elşən Kazımovun sədrliyi ilə keçirilən
prosesdə qərar elan olunub.

Qərara əsasən, müğənni Rəqsanə İsmayılovanın apellyasiya şikayəti təmin
edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı qərar dəyişdirilmədən
qüvvədə saxlanılıb.

Xatırladaq ki, Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Rəqsanə İsmayılovanın
külli miqdarda borcu olduğuna görə Goranboy rayonunda və digər ərazilərdə
yerləşən 100 sotdan artıq torpağına və onun üzərindəki əmlaka həbs qoyulub.

Source link