bfc83b33-fc55-4785-a6b8-3a48b9e7ec1f..jpg

Müğənni Roza Zərgərli: “Hiss məndən üzr istədi” – FOTO/VİDEO

Baxış sayı: 606 dəfə baxılıb.

Müğənni Roza Zərgərli: “Hiss məndən üzr istədi” – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Son günlər yeni tərzi, görünüşündəki dəyişiklikləri və layihələri ilə diqqət
çəkən Roza Zərgərli OLAY-la həmsöhbət olub.

Əvvəlcə zahiri görkəmindən söz açan Zərgərli bunları söyləyib:

“Heç nə dəyişməyib. Hər şey eyni formadadır. Əməliyyat etdirməmişəm. Sadəcə
çəki atmışam. Bir də yeni komanda ilə çalışıram. Geyimimdən tutmuş, layihələrə
qədər fərqli üslubda işləyirik. Qarşıda maraqlı işlərimiz var”.

Söhbət Zərgərlinin açıqlamalarının gündəmə bomba kimi düşməsinə gəlincə,
bunları deyib:

“Özümü tanıyandan nə demişəmsə, gündəm olub. Məncə, haqlı söz həmişə gündəm
olmalıdır. Ümumiyyətlə nəsə bir fikrə, cümləyə münasibət bildirirəmsə, bu,
gündəm olursa, deməli, düz yoldayam”.

Roza həmçinin bir müddət öncə haqqında qalmaqallı açıqlama verdiyi gənc
müğənni Hissdən danışıb. Hissin onunla eyni tədbirdə səhnəyə çıxmaq
istəmədiyini iddia edən müğənni məsələni aydınlaşdırdıqlarını söyləyib:

“Hiss yaxınlaşdı, etiraf etdi, anladı, başa düşdü, böyüyü olaraq mənə
üzrxahlıq etdi. Hər şey əladır. Küsməmişdik. Sadəcə bir cümləyə irad bildirdim.
O da geri dönüş vermədi. Real həyatda təsadüfən görüşdük, dedi ki, Roza xanım
səhv başa düşmüsünüz, fikrimi düzgün izah edə bilməmişəm, mənim böyüklərimə
qarşı hər zaman hörmətim var. O da kiçik olmasına baxmayaraq, böyüklük etdi,
halal olsun”.

Sənətçi sonda Xalq artisti Flora Kərimova ilə Əməkdar artist Elza Seyidcahanın
qısa zamanda qalmaqal yaşayıb, sonra barışmasına maraqlı reaksiya verib:

“Elza ilə hamı küsür, barışır. O, rahatdır”.

Həmin görüntüləri təqdim edirik:


Source link