4bffae97-f9cb-4289-8c20-72115a128a00..jpg

Müğənni Rüfət Axundov lüks avtomobili ilə yol hərəkəti qaydalarını kobud şəkildə pozdu – YENİLƏNİB + VİDEO

Baxış sayı: 445 dəfə baxılıb.

Müğənni Rüfət Axundov lüks avtomobili ilə yol hərəkəti qaydalarını kobud
şəkildə pozdu – YENİLƏNİB + VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sosial şəbəkələrdə müğənni Rüfət Axundovun avtomobil idarə edərkən
Mərdəkan-Zaqulba yolunda müəyyən olunmuş sürət həddini aşması ilə bağlı
görüntülər yayılıb. Belə ki, Mərdəkan şosesi-Zuğulba yolunda hərəkətdə olan
Axundov 90 sürət həddini 127 km/saat sürətlə aşıb. O həmin görüntüləri sosial
şəbəkə hesabında paylaşıb.

Bakı şəhər DYPİ-dən mətbuatın sorğusuna cavab olaraq bildirilib ki,
R.Axundovun idarə etdiyi avtomobil yol polisi əməkdaşları tərəfindən saxlanılıb
və müvəqqəti mühafizə olunan duracağa yerləşdirilib.

Toplanmış material hüquqi qiymət verilməsi üçün məhkəməyə təqdim ediləcək.

16:30

Müğənni Rüfət Axundov yol hərəkəti qaydalarını pozub.

Cixisyolu.com xəbər verir ki, bu, ifaçının sosial şəbəkədə paylaşdığı görüntülərdə
üzə çıxıb.

Belə ki, Mərdəkan şosesi-Zuğulba yolunda hərəkətdə olan müğənni 90 sürət
həddini 127 km/saat sürətlə aşıb.

Həmin görüntüləri təqdim edirik:
@oxuaz Rüfət Axundov “Range
Rover”lə sürət həddini aşdı.#qaydapozuntusu
#müğənni
#sürət
♬ оригинальный звук –
Cixisyolu.com News

Source link