Müğənni Şakiranın Pikeyə xərclədiyi fantastik məbləğ açıqlandı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Müğənni Şakiranın vəkili Pau Molins “Barselona”nın keçmiş futbolçusu Jerar
Pike ilə münasibəti zamanı müvəkkilinin xərclərindən danışıb.
“Şakiranın əyləncəsi ona 120 milyon avroya başa gəlib. Əgər o, Serxio Ramosa
aşiq olsaydı, bu, ona daha ucuz başa gələrdi.
Deyirlər ki, bütün ispanlar bərabərdir. Lakin belə çıxır ki, Kataloniyada
yaşayırsansa, Madriddə tutulmayacağın cinayətə görə həbsxanaya düşə bilərsən.
Çünki Madriddə sərvət vergisi yoxdur”, – deyə Molins bildirib.
Qeyd edək ki, Şakira və Pike 2010-cu ildə görüşməyə başlayıblar. İki il sonra
onların ilk övladları Milan, daha iki ildən sonra isə ikinci oğulları Saşa
dünyaya gəlib. 2022-ci ilin yayında müğənni xəyanətə görə futbolçunu tərk edib.
Boşandıqdan dərhal sonra Pike Klara Çia ilə münasibətini daha heç kimdən
gizlətməyib. Çia futbolçudan 12 yaş kiçikdir.
Mənbə: gazeta.ru