3e23c4b8-5634-4e94-a2e5-6431fe4e05ad..jpg

Müğənni Sivvadan ayrılıq – FOTO/VİDEO

Baxış sayı: 392 dəfə baxılıb.

Müğənni Sivvadan ayrılıq – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müğənni-bəstəkar Sivva (Sevinc Ağasıyeva) son günlər ayrılıqla bağlı
paylaşımları ilə diqqət çəkib.

Sənətçinin paylaşımlarının səbəbi açıqlanıb. Onun yeni layihəsi olduğu ortaya
çıxıb.

Belə ki, Sivva “Ayrıldıq” adlı yeni mahnısını dinləyicilərin ixtiyarına verib.
Bəstənin sözləri və musiqisi müğənninin özünə məxsusdur.

“Bir çox yaradıcı insan, daha çoxu da rəssamlar öz portretlərini çəkirlər. Çox
vaxt bu abstrakt bir əsər olur. “Ayrıldıq” isə mənim portretimdir. Mən onu ən
depressiv vəziyyətimdə yazmışam. İki il yolunu gözlədiyim bu portretdə mənim
daxili dünyamla tanış ola bilərsiniz”, – deyə Sivva yeni layihəsi barədə
açıqlamasında deyib.

“Ayrıldıq” ifaçının rəsmi “Youtube” kanalında yerləşdirilib. Klipi təqdim
edirik:


Source link