Müğənni Vidadi Bərdəlinin oğluna ağır cəza istənildi

Müğənni Vidadi Bərdəlinin oğluna ağır cəza istənildi

Baxış sayı: 2. 124 dəfə baxılıb.

Müğənni Vidadi Bərdəlinin oğluna ağır cəza istənildi

Bakıda qətl törətməkdə təqsirləndirilən Tuncay Vəliyev və Fərman Ocaqquliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

ÇıxışYolu.Com xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub.

Prokuror çıxışında hər iki şəxsin 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, qətl hadisəsi ötən il iyunun 7-də Nəsimi rayonunun Ə.Topçubaşov küçəsində baş verib. Həmin gecə əvvəllər məhkum olunmuş Rəşad Hüseynov bıçaqla qətlə yetirilib.

Qətli törətməkdə şübhəli bilinən Binəqədi qəsəbə sakini, əvvəllər məhkum olunmuş T.Vəliyev saxlanılıb. Onun yaşadığı evdən narkotik vasitə olan heroin və ambunika aşkar edilərək götürülüb.

Məlum olub ki, R.Hüseynov taksi kimi fəaliyyət göstərdiyi avtomobilində öldürülüb. 

İstintaq orqanı tərəfindən aparılan araşdırma zamanı qətlin daha bir iştirakçısı – F.Ocaqquliyev müəyyən edilərək saxlanılıb.

Xatırladaq ki, T.Vəliyev mərhum müğənni Vidadi Bərdəlinin oğludur. T.Vəliyev bir müddət müğənni kimi fəaliyyət göstərib.