Müğənni Vitas həbs olunub

Müğənni Vitas həbs olunub

Baxış sayı: 2. 796 dəfə baxılıb.

Daha çox Vitas təxəllüsü ilə məşhur olan müğənni Vitali Qraçev atışmaya görə yeddi sutka inzibati həbs cəzası alıb.

ÇıxışYolu.Com bu barədə REN TV-yə istinadən xəbər verir.

Polis əvvəl Qraçevi xırda xuliqanlığa görə 500 rubl cərimə edib, lakin prokurorluq daha ağır cəza tətbiq edilməsi üçün bu qərarı ləğv edib. Göstərilən maddə 15 sutkaya kimi həbs cəzasını nəzərdə tutur.

Martın 22-si gecəsi bildirilib ki, Vitas sərxoş vəziyyətdə küçədə atışma törədib. Müğənnini qonşuların çağırdıqları polis əməkdaşları aparıblar.

Qeyd olunur ki, Qraçev əvvəl polislərə müqavimət göstərib, evin qapılarını açmaqdan imtina edib.

Musiqiçi deyib ki, o, start tapançadan (boş güllələr açan) qarğalara atəş açıb.

Vitas falset ifaçısı və mahnı müəllifi kimi məşhurdur. Onlarla musiqi albomu buraxıb.

www.ÇıxışYolu.Com