671b6ba0-a000-45d9-9533-9609d8b391fb.webp

Müğənni Xatun Əliyeva dələduzluğa məruz qalıb?

Baxış sayı: 163 dəfə baxılıb.

Müğənni Xatun Əliyeva dələduzluqla qarşılaşdığını iddia edib.

Cixisyolu.com xəbər verir ki, bu barədə müğənni öz sosial şəbəkə hesabında məlumat
yayıb.

O bildirib ki, onlayn səhifədən ev üçün əşyalar sifariş edib, pulu ödəsə də,
əşyalar çatdırılmayıb:

“Biz də adi insanlar kimi bu səhifədən evə dekor sifariş etdik. Beh ödədik.
Demək olar ki, məhsulun qiymətinin 50 faizini ödədik. İndi nə malı təhvil
verirlər, nə də əlaqə yaradırlar. Ehtiyatlı olun, bu səhifə insanları aldadıb,
pul alıb yoxa çıxır. Bu səhifədən heç nə sifariş etməyin”.

Həmin onlayn mağaza isə cavab olaraq özünün sosial şəbəkə hesabında
məhsulların çatdırıldığını və müğənninin onları təhqir etdiyini bildirib.

Source link