8164bd23-8dec-4b56-ba0a-128a77220699..jpg

Müğənnini öldürən əri barədə qərar verildi

Baxış sayı: 618 dəfə baxılıb.

Müğənnini öldürən əri barədə qərar verildi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müğənni Yaqut Nərimanı (Həşimova) qətlə yetirməkdə ittiham olunan əri Anar
Həşimov hakim qarşısına çıxarılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Nizami Rayon Məhkəməsində keçirilən
iclasda prokuror təqsirləndirilən şəxs barədə həbs qətimkan qərarı verilməsini
istəyib. Məhkəmə istintaq orqanının təqdimatını əsaslı hesab edib.

Qərara əsasən, A.Həşimov barədə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, 39 yaşlı Anar Həşimovun Nizami rayonunda birgə yaşadıqları
mənzildə aralarında yaranmış mübahisə zamanı həyat yoldaşı, 38 yaşlı Yaqut
Həşimovanı bıçaq xəsarətləri yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr
müəyyən edilib.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci
(qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Anar Həşimov şübhəli
şəxs qismində tutulub.

Source link