Müğənniyə qarşı quldurluqda təqsirləndirilən şəxs: “Özümü onun yatağında
çılpaq vəziyyətdə gördüm”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Müğənni Elçin Kişiyevə qarşı (Elçin Zəka) quldurluq etməkdə təqsirləndirilən
Hökumə Əşrəfzadə, onun bacısı Rəhimə Əşrəfzadə, Heydər Əkbərov və Zeynal
Yusifovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.
“Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur
Nuriyevin sədrliyi ilə keçirilən prosesdə prokuror Rauf Malışov ittiham aktını
elan edib.
İttiham aktında göstərilib ki, bu ilin 6 iyununda Bakı şəhərində Hökümə
Əşrəfzadə və bacısı Rəhimə Əşrəfzadə, tanışları Heydər Əkbərov, Zeynal Yusifov
qabaqcadan əlbir olaraq Elçin Kişiyevin evinə qanunsuz girməklə quldurluq etmək
barədə razılaşıblar.
Belə ki, R.Əşrəfzadə Elçin Kişiyevlə əlaqə saxlayıb gecə saat 23-dən sonra
onun evində görüşmək üçün razılaşıblar. O, Zeynal Yusifovun idarə etdiyi
avtomobil ilə həmin ünvana gəlib aşkar olunamamq üçün girişdən aralıda
dayanıblar. Rəhimə Əşrəfzadə avtomildən düşüb onu evdə gözləyən Elçin Kişiyevin
yanına gedərək, orada bir müddət olub, ayaqyoluna getmək bəhanəsi ilə həyətə
çıxaraq küçədə gözləyən qrupun digər üzvlərinə məlumat verib və evə qayıdandan
bir neçə dəqiqə sonra Heydər Əkbərov, Zeynal Yusifov, onların ardınca Hökümə
Əşrəfzadə evə daxil olublar. Zeynal Yusifov silah qismində istifadə etdiyi
bıçağı tətbiq etməklə həyatı və sağlamlığı üçün təhlükəli zor tətbiq ediləcəyi
ilə hədələyərək Elçin Kişiyevə hücum edib, bədəninin müxtəlif nahiyələrinə
yumruqla zərbələr vurub.
Sonra Heydər Əkbərov və Zaur Zeynalov yıxıldığı yerdə yumruq və təpiklə Elçin
Kişiyevi vurmaqda davam edərək Hökümə Əşrəfzadəni zorlamaqda ittiham edib və
buna görə cəzalandırılacağını bildirib, onu kapron qaytanla qollarını arxasında
bağlayaraq divana oturtmuş, bədəninin müxtəlif nahiyələrinə vurduqları
zərbələrin təsiri və bıçaqla zor tətbiq ediləcəyi hədəsi altında sonuncunu
Hökümə Əşrəfzadə ilə cinsi əlaqədə olduğunu etiraf edərək danışmağa məcbur edib
Heydər Əkbərovun və Hökümə Əşrəfzadənin telefonları ilə danışıqların
videoçəkilişini aparıb.
Daha sonra Elçin Kişiyevin evdə olan pulların və qiymətli əşyaların yerlərini
soruşaraq, birgə hərəkətləri ilə ümumilikdə Elçin Kişiyevə 4 min 835 manat
məbləğində ziyan vurmaqla quldurluq ediblər.
Daha sonra təqsirləndirilən şəxslər – H.Əkbərov və Z.Yusifov özlərini qismən,
Rəhimə və Hökümə bacıları isə onlara qarşı elan edilən ittiham üzrə ümumiyyətlə
təqsirli bilməyiblər.
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Hökümə Əşrəfzadə
zərərçəkmiş şəxs Elçin Kişiyevlə restoranda tanış olduğunu deyib:
“O, mənim atamın dayısı oğlu ilə dost olub. Mən ofisiant işləyirdim. Mənə dedi
ki, sən bu işə layiq deyilsən və məni həmin restorandan çıxarıb başqa bir yerə
işə düzəltdi. Mən onu əmi kimi bilmişəm. Günlərin bir günü özümü onun yatağında
çılpaq vəziyyətdə gördüm. Məni kriminal avtoritet Nadir Səlifovla (Lotu Quli)
qorxudurdu. Mən başıma gələnləri bacım Rəhiməyə danışmışdım. Günlərin birində
Elçin Zəka mənim bacımı gecə yarısı evinə çağırdı. Evdə heç nə yox idi.
Təqsirləndirilən şəxs Heydərdən evə yeyəcək bir şeylər alıb bizə gəlməsini
xahiş etdim. Başıma gələnləri ona da danışdım. Və dedim ki, bacımı da çağırıb.
Artıq Heydər də Elçin Zəkanın evinə getdi. Daha sonra mən o evə getdim və
gördüm ki, Elçin Zəkanı Heydər döyüb. Mən orada bıçaq görmədim”.
Proses dekabrın 15-də davam etdiriləcək.