f9ac7dc6-84b4-42ac-af86-f15446b6f6d5..jpg

“Muğanbank”ın əmanətçilərinin NƏZƏRİNƏ

Baxış sayı: 656 dəfə baxılıb.

“Muğanbank”ın əmanətçilərinin NƏZƏRİNƏ
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Noyabrın 27-dən başlayaraq “Muğanbank” ASC-nin əmanətçilərinə
kompensasiyaların ödənilməsi “Azərbaycan Beynəlxalq Bankı” ASC və “Kapital
Bank” ASC vasitəsilə həyata keçiriləcək.

Bu barədə ”Muğan Bank”ın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondundan
(ƏSF) bildirilib.

“Əmanətlərin sığortalanması haqqında” Qanunun 28.3-cü maddəsinə əsasən
Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin ərizələrini kompensasiya ödənişi
haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində
qəbul edir.

Qorunan əmanətçilər əmanət hesabları üzrə hesabdan çıxarışları ləğv prosesində
olan ”Muğan Bank” ASC-nin Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 21B
ünvanında yerləşən baş ofisindən əldə edə bilərlər.

“Əmanətçilərdən kompensasiyaların alınması üçün Azərbaycan Beynəlxalq Bankı və
“Kapital Bank”ın istənilən filial və şöbələrinə müraciət edərkən
kompensasiyaların ödənilməsi prosedurlarına uyğun olaraq ərizəyə əmanət
müqaviləsi, əmanət kitabçası, yaxud qanunvericilikdə nəzərdə tutulmuş qaydada
əmanəti təsdiqləyən digər sənədlər və onların surəti, habelə əmanətçinin
şəxsiyyətini təsdiq edən sənədin təqdim edilməsi xahiş olunur. Kompensasiya
almaq üçün əmanətçinin nümayəndəsi müraciət etdikdə o, qeyd edilən sənədlərlə
yanaşı əlavə olaraq notariat qaydasında təsdiq olunmuş etibarnaməni təqdim
etməlidir”, – məlumatda deyilir.

Qorunan əmanətçilər ərizə formalarını noyabrın 27-dən etibarən “Azərbaycan
Beynəlxalq Bankı” ASC və “Kapital Bank” ASC-nin filial və şöbələrindən, eyni
zamanda ƏSF-nin www.adif.gov.az saytından əldə edə bilərlər. Kompensasiyaların
ödənilməsi bu bankların bütün filial və şöbələri tərəfindən həyata keçiriləcək.

Əmanətlər “Əmanətlərin sığortalanması haqqında” Qanuna uyğun olaraq
kompensasiya olunacaq. Belə ki, sığortalanmış əmanət üzrə əmanətin 100%-i
həcmində, lakin 100 min manatdan çox olmamaqla, fiziki şəxslərin sahibkarlıq
fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı pul vəsaitləri üzrə
kompensasiya məbləği 20 min manatdan çox olmamaqla, notariusların depozit
hesablarında olan fiziki şəxslərə məxsus pul vəsaitləri üzrə kompensasiya isə
həmin pul vəsaitlərinin 100%-i həcmində ödəniləcək.

Xatırladaq ki, Bakı Apellyasiya Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli
2-3(103)-54/2023 saylı qərarı ilə “Muğanbank” ASC müflis elan edilib və
Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi təyin edilib. Həmçinin,
qanuna uyğun olaraq “Muğanbank” ASC-də sığorta hadisəsi günü 24 noyabr 2023-cü
il müəyyən edilib.

Kompensasiyaların ödənilməsi prosesi haqqında ətraflı məlumatı Əmanətlərin
Sığortalanması Fondununsaytından əldə etmək mümkündür.

Source link