“MuğanBank”ın vəzifəli şəxsinə hökm oxundu

“MuğanBank”ın vəzifəli şəxsinə hökm oxundu

Baxış sayı: 2. 628 dəfə baxılıb.

“MuğanBank”ın vəzifəli şəxsinə hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən “MuğanBank” ASC-nin Əhmədli filialının sabiq departament müdiri Azər Mahmudovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. 

ÇıxışYolu.Com-ın xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

Hökmə əsasən, A. Mahmudov 7 il müddətinə azadlıqdan məhrum edilib. 

İttihama görə, A.Mahmudov “MuğanBank” ASC-nin Əhmədli filialının departament müdiri vəzifəsində çalışarkən başqalarının etibarından sui-istifadə edərək, onlara qarşı ümumilikdə 312 min 851 manat məbləğində ziyan vurub. 

Vurulan ziyandan 23 784 manat pul ödənilib. 

Etibar Məmmədov
www.ÇıxışYolu.Com