c93d4e19-e789-4169-a5b3-a3cb3ed75764..jpg

Mühəndis təminatı bölmələrinin hazırlığı diqqət mərkəzindədir – FOTO/VİDEO

Baxış sayı: 458 dəfə baxılıb.

Mühəndis təminatı bölmələrinin hazırlığı diqqət mərkəzindədir – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əlahiddə Ümumqoşun Orduda mühəndis təminatı bölmələrinin hazırlığı daim diqqət
mərkəzindədir.

Müdafiə Nazirlyindən bildirilib ki, müasir ümumqoşun döyüşündə mühəndis
təminatı manevr bölmələri tərəfindən döyüş tapşırıqlarının yerinə yetirilməsi
üçün əlverişli şəraitin yaradılması, onların məhvetmə vasitələrindən qorunması
səviyyəsinin yüksəldilməsi, həmçinin düşmənə mühəndis döyüş sursatları ilə itki
verilməsi və onun fəaliyyətinin çətinləşdirilməsi məqsədi ilə təşkil edildiyi
üçün mühəndis təminatı bölmələrinin şəxsi heyətinin hazırlığının daim yüksək
səviyyədə saxlanılmasını tələb edir.

Keçirilən məşğələ, toplantı və təlimlərdə əsas diqqət şəxsi heyətin nəzəri
biliklərinin təkmilləşdirilməsi ilə yanaşı, onların döyüş sahəsində fəaliyyət
zamanı praktiki vərdişlərinin möhkəmləndirilməsinə, tapşırıqların icrası zamanı
yüksək dözümlülük, dəqiqlik, qorxmazlıq və özünəəminlik kimi keyfiyyətlərin
aşılanmasına yönəldilir.

Praktiki məşğələlər zamanı düşmənin, ərazinin və obyektlərin mühəndis
kəşfiyyatı, mühəndis maneələrinin qurulması və saxlanılması, maneələrdən və
dağıntılardan keçidlərin açılması, ərazi və obyektlərin minalardan
təmizlənməsi, maskalanma və düşmənin aldadılması kimi tapşırıqların icrası,
eləcə də şəxsi heyətin fiziki hazırlığı daim diqqət mərkəzində saxlanılır. Bu
məqsəd ilə keçirilən məqbullarda prinsipiallıq əsas meyar olaraq götürülür.


Source link