ee60735e-f460-4d42-b960-191f66d3b5f5..jpg

Müharibə əlillərini təmsil edən QHT-lər ilə yeni sosial dəstək tədbirləri müzakirə olunub – FOTO

Baxış sayı: 2. 090 dəfə baxılıb.

Müharibə əlillərini təmsil edən QHT-lər ilə yeni sosial dəstək tədbirləri
müzakirə olunub – FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müharibə əlilləri və
iştirakçılarını təmsil edən qeyri-hökumət təşkilatları ilə görüş keçirilib.
Görüşdə “Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” İctimai
Birliyinin sədri Mehdi Mehdiyev, “Qarabağ qaziləri” İctimai Birliyinin sədri
Asəf Əliyev, təşkilatın nümayəndəsi və qazilər.az saytının rəhbəri Rey
Kərimoğlu, “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin sədri
Füzuli Rzaquliyev, Nazirlikdən nazir müavinləri Anar Əliyev, Anar Kərimov,
aidiyyəti struktur bölmələrin nümayəndələri iştirak ediblər.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkəmizin ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə şəhid
olmuş qəhrəmanlarımızın ailələrinin, müharibə əlillərinin və iştirakçılarının
sosial müdafiəsinin gücləndirilməsi istiqamətində aparılan işlər diqqətə
çatdırılıb. Bildirilib ki, ötən ay Prezident İlham Əliyev tərəfindən imzalanan
Fərman və Sərəncamlarla ölkəmizdə 2,1 milyon insana dəstək olan yeni sosial
islahat paketi reallaşdırılıb.

Bu islahat paketinin tərkib hissəsi kimi, dövlət başçısının tapşırıqları ilə
yeni mühüm sosial müdafiə proqramları – 1991-1997-ci illərdə aldıqları xəsarət
nəticəsində Qarabağ müharibəsi əlilliyi statusu almış şəxslərə birdəfəlik
ödəmənin verilməsi, Vətən müharibəsinin iştirakçılarına “Müharibə veteranı” adı
verildikdən sonra Prezidentin aylıq təqaüdünün təyin edilməsi nəzərdə tutulub.

Hazırda aidiyyəti qurumlarla birgə həmin sosial dəstək tədbirlərinin həyata
keçirilməsi üçün aparılan işlər barədə məlumat verilib.

QHT rəhbərləri müharibə əlilləri və iştirakçıları ilə bağlı yeni sosial dəstək
tədbirlərinin ictimaiyyət tərəfindən yüksək dəyərləndirildiyini vurğulayıblar.
Birdəfəlik ödəmənin verilməsi üçün təklif olunan mexanizmlər, sənədləşdirmə
işlərində şəffaflığın təmin edilməsi və digər məsələlər QHT rəhbərləri ilə
müzakirə edilib.

Source link