e7c99d05-293c-4ecd-b80a-e92e6802cf87..jpg

Müharibə ilində Ukraynada yaşayış icazəsi alan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

Baxış sayı: 922 dəfə baxılıb.

Müharibə ilində Ukraynada yaşayış icazəsi alan Azərbaycan vətəndaşlarının sayı
açıqlanıb

Keçən il Azərbaycanın 2 307 vətəndaşı Ukraynada müvəqqəti və daimi yaşayış
icazəsi alıb.

Bu barədə “Report”un Şərqi Avropa bürosunun sorğusuna cavab olaraq Ukrayna
Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, onlardan 806 nəfəri ilk dəfə daimi yaşayış icazəsi alanlardır:

“Müvəqqəti yaşayış icazəsi alan Azərbaycan vətəndaşlarının sayı isə 1 501
nəfər təşkil edib”.

Qeyd edək ki, Ukraynada 2022-ci ilin fevralından Rusiyanın hücumu nəticəsində
genişmiqyaslı müharibə gedir.

Source link