İkinci dünya müharibəsi zamanı Yaponiya tərəfindən batırılan ABŞ-a aid təyyarə daşıyan gəmi – “USS Lexington”un qalıqları 76 il sonra Mərcan dənizində tapılıb.
ÇıxışYolu.Com xəbər verir ki, “Lady Lex” ləqəbli gəmi Kuinslənd əyalətində ortaya çıxıb.
Sahildən 800 kilometr uzaqda, dənizin üç min metr dərinliyində olan qalıqlara “Microsoft”un qurucularından olan milyarder Paul Allen tərəfindən maliyyələşdirilən komanda rast gəlib.
Allen ABC-yə açıqlamasında “Cəsarət və fədakarlıqla ölkəmizə xidmət edən hər kəsə təşəkkür borcluyuq”, – sözlərini işlədib.
ABŞ gəminin qalıqlarının görüntülərini yayımlayıb.
“Uss Lexington”dan sağ qurtulan dənizçilərdən Herri Binklinin oğlu və ABŞ Sakit Okean Donanmasının kapitanı Herri Herris qalıqların tapılmasından məmnun olduğunu söyləyib.
Qeyd edək ki, “Lady Lex” İkinci Dünya Müharibəsi zamanı, 8 may 1942-ci ildə vurulub. Gəmi 216 nəfərlik heyət və 35 təyyarə ilə batıb.