67f53bbd-baee-49c0-be8d-41756735945a..jpg

Müharibədə hər iki ayağını itirən qazi Avropanın ən hündür zirvəsinə qalxıb

Baxış sayı: 643 dəfə baxılıb.

Müharibədə hər iki ayağını itirən qazi Avropanın ən hündür zirvəsinə qalxıb

Vətən uğrunda mübarizədə hər iki ayağını itirən İkinci Qarabağ müharibəsi
veteranı Polad Rzayev Avropanın ən hündür zirvəsi – Elbrusa (Qərb zirvəsi 5642
metr) uğurla qalxıb.

Bu barədə Azərbaycan Alpinizm Federasiyasından məlumat verilib.

Bildirilib ki, Polad Rzayev məşhur azərbaycanlı alpinist İsrafil Aşurlı ilə
birgə dağa qalxıb.

Qeyd edək ki, Polad Rzayev Cəbrayıl və Qubadlının işğaldan azad edilməsi
zamanı dörd kəllə-beyin travması alıb, iki minanın partlaması zamanı hər iki
ayağını itirib.

Source link