Baku TV-nin “Hərbi Xronika” rubrikasının yeni buraxılışı yayımlanıb.
Budəfəki buraxılışda aparıcı, müəllif və hərbi jurnalist Fərdin İsazadə
Suriyaya marağı olan qüvvələrin yeni qarşıdurmaya hazırlığından bəhs edib.
O bildirib ki, İsrail ordusu Livanın cənubunda yerüstü əməliyyatlara başlayıb.
Hətta Livanın sərhədyanı Marun ər-Ras yaşayış məntəqəsinə bayraq da sancıb.
Ümumilikdə İsrail ordusu Livan sərhədini 8 xətt üzrə keçib:
“Bu hal “Hizbullah”ın döyüşlərə hazır olduğundan və təşkilatın idarəetməsinin
yüksək rütbəli komandirlərdən asılı olmadığından xəbər verir”.
Onun sözlərinə görə, İsrail üçün “Hizbullah” təhdidini aradan qaldırmağın bir
yolu var: quru əməliyyatlarını Livan və Suriya ərazilərinə qədər
genişləndirmək. Bu isə öz növbəsində genişmiqyaslı və nəticələri bəlli olmayan
regional müharibə deməkdir.
Əlavə olunub ki, bölgəyə hərbi-siyasi marağı olan digər ölkə – İran İslam
Respublikası və ona loyal olan qüvvələr də boş oturmur:
“Suriya mənbələrinin məlumatına əsasən, İran milisinin bir qismi
rusiyalılardan fərqli olaraq Hələbdən üzü Dəməşq istiqamətinə çəkilir. Yəni,
üzü Suriya-Livan və Suriya-İsrail sərhədləri istiqamətində. Suriya ərazilərində
fəaliyyət göstərən bu qruplar Əsəd rejimi qüvvələrinin əsasını təşkil edir və
yüksək döyüş qabiliyyətinə malikdir”.
Qeyd olunub ki, Yaxın Şərqin Suriya cəbhəsində maraqlı olan tərəflər İsrailin
bu istiqamətdə mümkün əməliyyatlarını nəzərə alaraq öz maraqlarını təmin etmək
üçün hərəkətə keçib. Suriya-Livan və Suriya-İsrail sərhədləri istiqamətində
döyüş qabiliyyəti nisbətən yüksək olan İrana loyal qüvvələri yerləşdirməklə
Rusiya İsraillə birbaşa toqquşmadan uzaqlaşır və Suriyanın mərkəzi ərazilərində
yerləşir:
“Bu yerdəyişmə ilə İran da öz növbəsində Türkiyəyə loyal qüvvələrlə üzbəüz
Əsəd rejiminə məxsus ordunu qoymuş olur. Bunu deməyə əsas verən Hələbdə və onun
ətrafında rejimə məxsus ciddi qüvvətləndirmə işlərinin aparılmasıdır”.
Ətraflı süjetdə:
yeni qarşıdurmaya hazırlığı
Müharibənin xəritəsi: Suriyada marağı olan qüvvələrin yeni qarşıdurmaya
hazırlığı