612723d6-4d12-45f8-a196-da306cb21c7a..jpg

“Mühasibat uçotu haqqında” qanunda və Mülki Məcəllədə gözlənilən dəyişikliklər ölkəyə nə vəd edir?

Baxış sayı: 572 dəfə baxılıb.

“Mühasibat uçotu haqqında” qanunda və Mülki Məcəllədə gözlənilən dəyişikliklər
ölkəyə nə vəd edir?
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Milli Məclis “Mühasibat uçotu haqqında” qanunda dəyişiklik etməyə hazırlaşır.

Bu gün müvafiq qanun layihəsi parlamentin İqtisadi siyasət, sənaye və
sahibkarlıq komitəsində müzakirə edilib.

Müzakirələrdə iştirak edən deputat Vüqar Bayramov dəyişikliyin əleyhinə çıxıb.
“Report” məsələ ilə bağlı maliyyə bazarı üzrə ekspert Xalid Kərimlinin rəyini
öyrənib.

Onun fikrincə, “Mühasibat uçotu haqqında” qanunda gözlənilən dəyişiklik
biznesin maraqlarıına xidmət edəcək:

“Mümkün dəyişikliklə tanış oldum. Ümumi mahiyyət odur ki, iri sahibkarlıq və
müvafiq icra hakimiyyəti orqanlarının müəyyən etdiyi orta sahibkarlıq
subyektləri mühasibat uçotunu mütləq şəkildə həyata keçirsin. Burada məqsəd
yoxlamaların asanlaşmasına nail olmaqdır. Belə ki, həmin subyektlərə məxsus
böyük məlumat bazası var. Sənəd əsasında onları yoxlamaq da əziyyətlidir. Amma
proqram təminatı ilə yoxlama prosesi asan baş tutur. Həmçinin bu prosesdə
mövcud kənarlaşmaları müəyyən etmək daha rahat olur. Təbii ki, iri sahibkarlıq
subyektlərinin mərkəzləşdirilmiş informasiya sistemi olur. Amma tələb ondan
ibarətdir ki, bütün sənədlər ilkin formada “Scan” edilərək sistemdə
saxlanmalıdır. Bu isə yoxlamaların daha asan olmasına, tez başa çatmasına imkan
verir”.

Milli Məclisin dəyişdirmək istədiyi həm də Mülki Məcəllədir. X.Kərimli hesab
edir ki, bu dəyişiklik bankların imkanlarını məhdudlaşdıracaq:

“Azərbaycan banklarında hesab əməliyyatlarının müddətinin azaldılması da
biznesin maraqlarına uyğun qərardır. Təklif olunan dəyişikliyə görə, bank pul
gələn günü onu müştərinin hesabına oturtmağa məcburdur. Hazırda isə 1 gündən
gec olmaması imkanı var. Banklar bir günü qənimət bilib müştərinin vəsaitini
hesabına gec vura bilərdilər. İndi isə bu müddət ləğv edilir ki, vəsait dərhal
hesaba köçsün və müştəri ondan tez istifadə etsin. Son nəticədə bankların həmin
vəsaitlərdən 1 gün faizsiz istifadə imkanları məhdudlaşır”.

Source link