4b3313df-97e9-4ef9-aaa9-d583a28be01b..jpg

Multikulturalizm Mərkəzi islamofobiya mövzusunda beynəlxalq konfransın materiallarını nəşr edib

Baxış sayı: 547 dəfə baxılıb.

Multikulturalizm Mərkəzi islamofobiya mövzusunda beynəlxalq konfransın
materiallarını nəşr edib

Cari ilin mart ayının 15 və 16-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi,
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və G20 Dinlərarası Dialoq Forumunun
təşkilatçılığı ilə keçirilən “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin
spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda
beynəlxalq konfransın materialları çap olunub.

Bu barədə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Mətbuat Xidməti məlumat
yayıb.

İngilis dilində çap olunan topluda konfransın səkkiz bölmə iclasında məruzə
olunan 30 məqalə və birgə qəbul olunan Kommünike yer alıb.

Xatırladaq ki, İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününə həsr olunan
konfransın əsas məqsədi beynəlxalq və milli səviyyədə müsəlmanları və əhalisi
müsəlman olan ölkələri hədəf alan həyəcanverici tendensiyaları müzakirə etmək
üçün akademik platforma yaratmaq olub. Konfransda dünyanın 30-dan artıq
ölkəsindən alimlər, beynəlxalq təşkilatların ekspertləri, din xadimləri və
qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər. Konfransın
“İslamofobiya və yeni perspektivlərlə mübarizədə kəsişən yanaşmanın
əhəmiyyəti”, “İslamofobiya: Avropa və milli qanunvericilik”, “Fransada
islamofobiya”, “Qərb mədəniyyətlərində müsəlmanlar haqqında konspiraloji
nəzəriyyələr: Böyük yerdəyişmə nəzəriyyəsi”, “Müstəmləkəçilik, yeni imperializm
və islamofobiyanın kəsişməsi: tarixi və müasir perspektivlər”, “İslamofobiya və
mediada nifrət çağırışları”, “İslamofobiyaya qarşı mübarizədə birgə əməkdaşlıq
və beynəlxalq təşkilatların rolu”, “Dini müxtəlifliyi və dinlərarası hörməti
təşviq etməklə harmonik cəmiyyətlərin qurulması” mövzularını əhatə edən bölmə
iclaslarında islamofobiya ilə mübarizədə fərqli yanaşma, bəzi Avropa
ölkələrində islamofobiyanın təzahürləri, dünya mediasında islamofobiya
mövzularında müzakirələr aparılıb.

Qeyd edək ki, 15 mart tarixinin İslamofobiya ilə Mübarizə Günü olması ilk dəfə
2020-ci ilin 27-28 noyabrında İslam Əməkdaşlığı Təşkilatının Xarici İşlər
Nazirləri Şurasının Niger Respublikasının Niamey şəhərindəki toplantısında elan
olunub. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 2022-ci ildə martın
15-ni İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü kimi qəbul edib.

Source link