“Real”ın yarımmüdafiəçisi Luka Modriç İspaniyada 8 aylıq şərti həbs cəzasına məhkum edilib.
ÇıxışYolu.Com “El Mundo” qəzetinə istinadən xəbər verir ki, buna səbəb vergi fırıldaqçılığıdır.
Qəzetin yazdığına görə, Modriç vergi fırıldağı ilə bağlı cinayət işində özünü günahkar bilib.
Xorvatiyalı futbolçu şərti cəzanı 60 min avro cərimə ilə əvəzləyə bilər.