e5fb31ca-f857-479c-a811-ab196a27558a..jpg

Murad Arif: “Mən müsəlman deyiləm” – VİDEO

Baxış sayı: 345 dəfə baxılıb.

Murad Arif: “Mən müsəlman deyiləm” – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Baku TV-də yayımlanan “Qapqara” verilişinin yeni buraxılışı efirə gedib.

Verilişin budəfəki sayının qonağı müğənni Murad Arif olub.

O, “YouTube” da yayımlanan “Popumuz var” layihəsinə dəvət etdiyi qonaqları
necə seçməsi barədə danışıb:

“Elə qonaqlar olub ki, yazılan rəylərin əsasında çağırmışam. Elələri də var
ki, özümə maraqlıdır deyə. Meyxanaçı qonağım isə olmayıb. Sağlığında Vüqar
Biləcərini dəvət etmək istəyirdim. Başqa birini çağırmalı oldum. Bu məsələni
ertələdim və Vüqar dünyasını dəyişdi”.

Müğənni verilişin aparıcısı Kamran Ağabalayevin “Demokratiya, diktatura, yoxsa
heç biri” sualına cavab verərkən deyib:

“Mədəni və intellektual səviyyəsini yetişdirmədiyin cəmiyyət üçün demokratiya
təhlükəlidir. Bəziləri kökə ilə, bəziləri şallaqla anlayırlar”.

M.Arif heç bir dinə inanmadığını da etiraf edib:

“Nə müsəlman, nə də xristianam. Müsəlman ailədə doğulub böyümüşəm. Ətrafımda
da ibadət edən adamları görürəm. Anlayıram ki, heç bir dinə aid deyiləm”.

Ətraflı süjetdə:


Source link