Murad Arif: “Zövq pornosu” göstərən kanallar bağlansın

Murad Arif: “Zövq pornosu” göstərən kanallar bağlansın

Baxış sayı: 3. 482 dəfə baxılıb.

Murad Arif: “Zövq pornosu” göstərən kanallar bağlansın

Müğənni, bəstəkar, eyni zamanda, aparıcı kimi tanınan Murad Arif sosial şəbəkədə telekanalların səviyyəsiz proqramlarla gündəmdə qalmaq istəyini kəskin tənqid edib.

ÇıxışYolu.Com-ın məlumatına görə, bəstəkar özəl telekanallarda baş verən xaos barəsində yazıb.

“Özüm əyləncə, şou sektorunun adamıyam. Bu efirlər nə qədər əyləndirər, oynadar, oxudar, burcudar? Balans, bilirsiniz, nədir? İndi bir ağıllı çıxıb deyəcək ki, “Reytinq olmasa, kanal dolana bilməz”. Başınıza dəysin o dolanmaq da, o reytinq də. Əyləncənin də səviyyəsi olur axı. Əgər bir kanal qazanmaq üçün “zövq pornosu” göstərməyə məhkumdursa, bağlansın!

Ölünü özbaşına buraxanda, kəfənini bulayır. Bəli, bu ölü – Azərbaycan mediası, ifraz olunan – mütəmadi gördüklərimiz, kəfən də əhalinin zövqüdür. Pozğun adamların “Instagram” profilindən televiziya, radio, mətbuat fərqlənsin artıq. O fərq – peşəkarlıq, intellekt və səviyyədir.

Kimdə yoxdursa, öz “Instagram”ından görsün işini. Öz “Youtube” kanalından aparsın verilişini, halal xoşu! Belə oyun olar? Balam, əksər peşəkarlar pərən-pərən səpələnib şirkət və təşkilatların reklam və mətbuat işlərinə. Qalanlar da kanalın dolanmaq missiyasının qurbanları”.

www.ÇıxışYolu.Com