ee2f4c84-329d-4d3a-a014-8242fe4e622f..jpg

Murad Dadaşov: “İndi ifaçılar efirə çıxmaq üçün pul istəyirlər”

Baxış sayı: 481 dəfə baxılıb.

Murad Dadaşov: “İndi ifaçılar efirə çıxmaq üçün pul istəyirlər”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İndi ifaçılar efirə çıxmaq üçün əksər hallarda bizdən pul tələb edirlər”.

“Report” xəbər verir ki, bunu “Xəzər” Media Mərkəzinin Baş direktoru, Xalq
artisti Murad Dadaşov Bakıda keçirilən Musiqi Forumunda panel müzakirəsi zamanı
deyib.

Onun sözlərinə görə, televiziya kanalının əsas gəliri reytinqdəndir:

“Mən açıq deyirəm ki, əvvəllər ifaçılar efirə çıxmaq istəyəndə ödəniş təklif
edirdilər, ancaq indi ifaçılar əksər hallarda bizdən pul tələb edirlər. Biz
bilirik ki, telekanal olaraq maarifləndirməliyik. Amma ay sonu “Xəzər TV”nin
600-ə yaxın işçisinə maaş verməliyəm. Başa düşürəm ki, maarifləndirməliyik.
Amma tələb olunan, insanların baxmaq istədiyi, təəssüf ki, bu deyil. Bəli,
deyirəm ki, biz yaxşı yaradıcı verilişlər edəcəyik, amma sizi inandırıram ki,
onlara heç kim baxmayacaq”.

Source link