Tanınmış aparıcı və müğənni Murad Arif yeni klipini təqdim edib.
ÇıxışYolu.Com xəbər verir ki, Ramil Nabranla duet şəklində olan ifa “Oppalara” adlanır.
“Youtube” video hostinqində paylaşın mahnı Murad Arifin rəsmi hesabına yerləşdirilib. Ancaq paylaşımın altındakı sözlər isə olduqca diqqət çəkib.
Mahnının açıqlamasında Arif bildirib ki, həmkarları pulla baış sayı alırlar:
“Keyfiyyətindən anladığınız kimi, “Oppalara” çox ağır və bahalı layihədir. Bu səbəbdən, bəzi həmkarlarımız kimi baxış sayı artırmağa pulumuz qalmadı! Bütün ümidimiz sizədir, əziz tamaşaçı…
Paylaş, yay, car çək, ədaləti bərqərar elə!”
Qeyd edək ki, klipin rejissoru Emin Muraddır. Çəkilişlərdə 40 nəfərdən artıq komanda çalışıb.
.
www.ÇıxışYolu.Com