Yunan-Roma güləşçimiz Murad Məmmədov Rusiyada keçirilən Avropa çempionatını gümüş medalla başa vurub.
ÇıxışYolu.Com-ın xəbərinə görə, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Rusiya güləşçisi Sergey Yemelinə uduzub – 5:6.
Yeniyetmələr arasında dünya və Avropa çempionu olmuş idmançımız final görüşündən sonra verdiyi açıqlamada uduzmasında meydan sahibi olan idmançıya tərəfkeşlik olduğunu bildirib:
“Mən artıq finala çıxanda 0:1 hesabı ilə geridə başlamışdım. Rusiya idmançılarına hakimlər kömək edir. İkinci hissədə passivliyinə görə ona bir xal verilməli idi. Verilsə idi, hesab 6:6 olacaq və mən qalib gələcəkdim. Məğlubiyyətimdə müəyyən qədər ilk görüşlərdə rəqiblərimə xal verməməyim də təsir etdi. Hardasa müəyyən özünəarxayınlıq yaratdı. Ona görə də hesabda öndə olduğum görüşdə geriyə düşdüm. İstənilən halda, bu gümüş medal yeniyetmələr arasında qazandığım dünya və Avropa çempionatlarındakı qızıl medallardan üstündür”.
Səbuhi TOFİQOĞLU
www.ÇıxışYolu.Com