Murad Musayev: “Azərbaycan millisinin baş məşqçisi olmaq şərəf olardı”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Sabah”ın baş məşqçisi olmasaydım, Azərbaycan millisində işləmək mənim üçün
böyük şərəf olardı”.
“Report” xəbər verir ki, bunu “Sabah”ın baş məşqçisi Murad Musayev deyib.
Mütəxəssis hazırda paytaxt təmsilçisinin “sükanı arxasında” olduğunu bildirib:
“Bütün fikrim bu klubdadır. Azərbaycanda çox yaxşı futbolçular var və milli
çox yaxşı futbol sərgiləyə bilir. Onlara da gələcəkdə uğurlar arzulayıram”.
Musayev həm yığmada, həm də klubda işləmək ehtimalına da toxunub:
“Təklif olarsa, müzakirə edə bilərik. Amma indi ortada heç nə yoxdur, heç
danışıq da olmayıb. Bütün düşüncələrim “Sabah”la bağlıdır”.