c7b451cf-793e-4eb5-8dc6-a059d55e6761..jpg

Murad Musayev: “Beşiktaş”la oyun aprelin sonlarında olacaq”

Baxış sayı: 979 dəfə baxılıb.

Murad Musayev: “Beşiktaş”la oyun aprelin sonlarında olacaq”

“Klub rəhbərliyi “Beşiktaş”la danışıqlar aparır. Oyun çox güman ki, aprelin
sonlarında olacaq”.

“Report”un məlumatına görə, bunu “Sabah”ın baş məşqçisi Murad Musayev Bakıda
Türkiyə “Beşiktaş”ına qarşı keçirilməsi nəzərdə tutulan xeyriyyə matçı barədə
“CBC Sport”a açıqlamasında deyib.

Rusiyalı mütəxəssis bildirib ki, milli komandaların matçları ilə bağlı yaranan
fasilə zamanı belə bir oyun oynamağa hazır deyillər:

“Çünki çox futbolçumuz yığmalara gedəcək. Hər halda bu cür görüşü əsas heyətlə
keçirmək istərdik”.

Qeyd edək ki, daha əvvəl “Qarabağ” martın 26-da Bakı Olimpiya Stadionunda
“Qalatasaray”la yoldaşlıq oyunu keçirəcəyini açıqlayıb. Qarşılaşmadan əldə
olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə
yardım üçün göndəriləcək.

Source link