Murat Bozdan xəstə fanatına möhtəşəm jest – VİDEO

Murat Bozdan xəstə fanatına möhtəşəm jest – VİDEO

Baxış sayı: 9. 746 dəfə baxılıb.

Müğənni Murat Boz etdiyi hərəkətlə sosial şəbəkə istifadəçilərindən alqış toplayıb.

ÇıxışYolu.Com xəbər verir ki, buna ifaçının progeriya (erkən yaşlanma xəstəliyi) xəstəliyindən əziyyət çəkən 12 yaşlı fanatına verdiyi sözü tutması səbəb olub.

Sənətçi bir müddət əvvəl onunla görüşmək istəyən Gülsüm adlı fanatının arzusunu həyata keçirəcəyinə söz vermişdi.

O, Gülsüm adlı azyaşlı qızın videosunu paylaşaraq “Sənin canına qurban, əlbəttə ki, görüşəcəyik” demişdi.

“Növbəti paylaşımımı Gülsümlə birgə edəcəm” deyən Murat onunla görüşüb və bunu “Instagram” hesabında izləyiciləri ilə bölüşüb.

.
www.ÇıxışYolu.Com