938f911d-99ee-4342-b5b5-1b23e4b07a3c..jpg

Murov aşırımında yük avtomobili aşıb, xəsarət alan var

Baxış sayı: 860 dəfə baxılıb.

Murov aşırımında yük avtomobili aşıb, xəsarət alan var

Murov aşırımında yük avtomobili aşıb, xəsarət alan var.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru
Eşqin Qasımov bildirib.

Belə ki, Kəlbəcər Rayon Polis Şöbəsinə Murov aşırımında yol-nəqliyyat hadisəsi
baş verməsi barədə məlumat daxil olub.

Dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıblar.
Araşdırmalar zamanı məlum olub ki, yük maşını aşıb, nəticədə sürücü yüngül
bədən xəsarətləri alıb.

Sürücüyə ilkin tibbi yardım göstərilərək xəstəxanaya aparılıb, avtomobil yolun
hərəkət hissəsindən çıxarılaraq nəqliyyatın hərəkəti bərpa olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Source link