12a5b475-5954-4b01-ae95-e935e26ad36a..jpg

Müsəlman ölkələrinin Ramazana rəng qatan adət-ənənələri – FOTO

Baxış sayı: 671 dəfə baxılıb.

Müsəlman ölkələrinin Ramazana rəng qatan adət-ənənələri – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünyada İslamı qəbul edən milyardlarla insan var. Müsəlmanlar eyni müqəddəs
kitaba inansalar da, müxtəlif coğrafiyaların mədəniyyətləri ilə böyüyən xalqlar
11 ayın sultanı sayılan Ramazan ayını fərqli adət-ənənələrlə qarşılayırlar.

Bu ölkələrdən biri Misirdir.

Bu ölkədə Ramazan ayının gəlişi ilə yol kənarlarında, dükanlarda, evlərin
eyvanlarında naxışlı fənərlərə rast gəlinir. Ramazan çıraqları olaraq tanınan
bu fənərlər Misirdə Fatimilər sülaləsi tərəfindən miras qalıb. Misirlilər
inanırlar ki, bu naxışlı fənərlər ölkələrinə birlik, bərabərlik, xoşbəxtlik
gətirir. Bundan başqa misirlilər iftar süfrəsində süddə isladılmış xurma ilə
oruclarını açırlar. Lakin yemək yeməyi axşam namazından sonraya qədər təxirə
salırlar. Obaşdan üçün isə əzilmiş lobyadan hazırlanan təam yeyirlər. Bu yemək
onları gün ərzində tox və gümrah saxlayır.

Yəməndə Ramazan ayında kişilərin gözlərinə sürmə çəkdiyini görsəniz,
təəccüblənməyin. Yəmən kişiləri əsrlərdir ki, Ramazan ayında Məhəmməd
peyğəmbərin gözlərinə sürmə çəkmək ənənəsini davam etdirirlər. Yəməndə Ramazana
xas olan digər bir ənənə evlərin rənglənməsidir. Kifayət qədər maddi imkanı
olan yəmənlilər evlərini rənglədiyi halda, nisbətən aşağı gəlirləri olanlar
sadəcə yuyub təmizləməklə kifayətlənməli olurlar. Yəməndə daha bir ənənə
Ramazan ayı gəlməmişdən əvvəl xeyriyyəçilər tərəfindən məscidlərin xalçalarının
yenilənməsidir.

Əhalinin təxminən 90 faizinin müsəlman olduğu Pakistanda Ramazan ayı böyük
coşqu ilə qeyd olunur. Hələ Ramazan ayı başlamamış məscidlər, ibadət evləri
təmizlənir, bəzənir. Pakistanda məscid və ibadət ocaqlarında iftar vermək
əsrlərdən bəri davam edən bir ənənədir. Bundan əlavə Pakistanda ailələr açıq
yerlərdə bir araya gələrək yeni ayın doğulmasını birlikdə müşahidə edirlər.
Yeni ay görünəndə qadınlar Şəvval ayının gəlişini qeyd etmək üçün “Mehndi” adlı
xına ilə əllərinə müxtəlif bəzəklər çəkirlər.

Ramazan ayının xüsusi təntənə ilə qeyd edildiyi ölkələrdən biri də
İndoneziyadır. İndoneziyada Ramazan ayında iftardan sonra insanlar kukla
tamaşalarına tələsirlər. Adətən iftardan sonra ictimai yerlərdə və
yarmarkalarda göstərilən “Vayanq qolek” adlı əyləncəli kukla tamaşaları
İndoneziyada Ramazan gecələrini unudulmaz edən detallardan biridir. Təbii ki,
İndoneziyada maraqlı Ramazan ənənələri bununla məhdudlaşmır. İndoneziyada
illərdir davam edən ən maraqlı ənənələrdən biri olan təmizlənmə ritualıdır. Bu
ənənə əsasən, Mərkəzi Yava və Cokyakarta bölgəsində icra edilən bir ənənədir.
İnsanlar çay, göl, su quyusu kimi yerlərin kənarına gedirlər. Bu yolla insanlar
Allaha daha yaxın olduqlarına inanırlar. Bu ənənə sayəsində təkcə bədən deyil,
ruhun da təmizləndiyinə etiqad olunur.

Qırğızıstanda Ramazan ayında əsrlərdir davam edən bir ənənə hələ də
yaşamaqdadır. “Ca Ramazan” adlanan bu ənənədə uşaqlar və gənclər Ramazan ayının
15-ci günündən sonra toplaşırlar. Onlar bir-bir atlı və ya piyada şəkildə
küçələrdə dolaşır, bütün qapıları döyərək müxtəlif ölkəyə məxsus musiqi
alətlərinin müşayiəti ilə dua, istək və niyyəti özündə əks etdirən bayatılar
oxuyurlar. Uşaq və yeniyetmələrin bu xoş dualarına cavab olaraq onlara müxtəlif
nemətlər təklif edilir.

Bu adətlər nə qədər biri-birindən fərqlənsə də, hər biri Ramazan bayramına
ayrı bir gözəllik və rəng qatır.

Mənbə: Kocbayi.com.tr

Source link