Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Azərbaycan Prezidentinin
köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici
siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İslam dövlətlərinin
Azərbaycanda akkreditə olunmuş səfirləri ilə görüşüblər.
Cixisyolu.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN)
məlumat verilib.
Bildirilib ki, səfirlərə Azərbaycanla müsəlman dünyası arasında ikitərəfli və
çoxtərəfli əməkdaşlığın perspektivləri, münaqişədən sonrakı regional vəziyyət,
Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi, o cümlədən
Azərbaycanın bu sahədəki baxışı və prioritetləri barədə məlumat verilib.
Eyni zamanda səfirlərin sualları cavablandırılıb.