8e0a096f-bba3-4d20-805e-2f5cc69329e6..jpg

“Musəvi Azərbaycanın İrandakı səfirliyinin fəaliyyəti bərpa olanadək vəzifəsini icra edəcək” – RƏSMİ+YENİLƏNİB

Baxış sayı: 489 dəfə baxılıb.

“Musəvi Azərbaycanın İrandakı səfirliyinin fəaliyyəti bərpa olanadək
vəzifəsini icra edəcək” – RƏSMİ+YENİLƏNİB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İran İslam Respublikasının Azərbaycandakı səfiri Seyid Abbas Musəvinin
diplomatik missiyası ötən il başa çatıb”.

Bu barədə İranın Azərbaycandakı səfirliyindən “Report”a cavab olaraq
bildirilib.

“Cənab səfirin missiyası ötən il yayın sonunda başa çatmışdı. Ancaq ondan
tələb olunub ki, münasibətlər normallaşana qədər və Azərbaycan Respublikasının
Tehrandakı səfirliyi fəaliyyətini bərpa edənədək öz fəaliyyətini davam etdirsin.

Ona görə qeyd etmək lazımdır ki, cənab səfir Azərbaycan Respublikasının
səfirliyi fəaliyyətini bərpa olanadək öz fəaliyyətini davam etdirəcək”, –
məlumatda qeyd edilib.

20:28

İran Azərbaycanda yeni səfir təyin edib və o, tezliklə Bakıya gedəcək.

Bu barədə İranın “Təsnim” xəbər agentliyi ölkənin Xarici İşlər Nazirliyindəki
mənbəyə istinadən məlumat yayıb.

Qeyd olunub ki, 2020-ci ildən İranın Bakıdakı səfiri vəzifəsində çalışan Seyid
Abbas Musəvinin diplomatik missiyası başa çatıb.


Source link