1aeb83f0-c3cc-44c8-ab2d-0bed3ef414b7..jpg

Musa Qurbanlı: “Qarabağ”ın “Hakken”ə qalib gəlmək şansı kifayət qədər çoxdur”

Baxış sayı: 400 dəfə baxılıb.

Musa Qurbanlı: “Qarabağ”ın “Hakken”ə qalib gəlmək şansı kifayət qədər çoxdur”

“Qarabağ”ın “Hakken”ə qalib gəlmək şansı kifayət qədər çoxdur. Bunun üçün
komanda öz oyununu sərgiləməlidir”.

Bunu “Report”a açıqlamasında İsveçin “Yurqorden” klubunun azərbaycanlı
futbolçusu Musa Qurbanlı “Qarabağ”ın UEFA Avropa Liqasının qrup mərhələsində
həmin ölkənin digər təmsilçisi “Hakken” önündə şanslarını dəyərləndirərkən
deyib.

21 yaşlı hücumçu səfərdə çıxış etməsinə baxmayaraq, Azərbaycan çempionunu daha
şanslı hesab edir: “Qarabağ”ın Avropa arenasında təcrübəsi daha çoxdur. Səhv
etmirəmsə, “Hakken” ilk dəfədir qrup mərhələsində mübarizə aparır. Amma yenə də
onlara autsayder kimi yanaşmaq düzgün olmaz. Hər iki komanda üçün çətin oyun
olacaq. “Molde” ilə görüşdə “Qarabağ”ın optimal formasına yavaş-yavaş çatdığını
gördüm. Ümid edirəm ki, təmsilçimiz buradan qələbə ilə ayrılar”.

Azərbaycan millisinin forvardı hazırda İsveç çempionatının 3-cü pilləsində
qərarlaşan Göteborq klubunun təhlükəli rəqib olduğunu söyləyib:

“Hakken”lə eyni çempionatda çıxış etsək də, bura gələndən onlara qarşı
oynamamışam. Mövsümün gedişində “Yurqorden”ə keçdiyim üçün həmin vaxta qədər
“Hakken”lə hər iki matç baş tutmuşdu. Ətraflı məlumatım olmasa da, hər həftə
oyunlarının icmalına baxdığım üçün komandanı müəyyən qədər tanıyıram. Sürətli
oyunçulara malik təhlükəli kollektivdir. Futbolçularının fərdi keyfiyyətləri
yüksəkdir. Ötən mövsüm ölkə çempionu olmaları çox şeydən xəbər verir”.

Qurbanlı İsveç Allsvenskanında böyük rəqabət yaşandığını vurğulayıb:

“Həqiqətən də, bu liqada rəqabət həddən artıq yüksəkdir. Hazırda mövsümün
sonuna cəmi 5 tur qalsa da, çempionluq mübarizəsində aşkar favorit yoxdur.
Liderlə üçüncü sıradakı komanda arasında cəmi 5 xal fərq var. “Hakken” də ötən
mövsüm bu çempionatın qalibi olubsa, deməli, möhkəm komandadır. Düzdür, yay
transfer dönəmində bir neçə vacib oyunçularını satdılar. Ancaq yeni gələnlərlə
yaranan boşluğu doldurublar”.

Qeyd edək ki, oktyabrın 5-də qrup mərhələsinin II turu çərçivəsində
keçiriləcək “Hakken” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Source link