23df3eae-6dcb-42ed-9234-617f38e038ee..jpg

Musa Qurbanlının İsveç təmsilçisindəki taleyinə aydınlıq gətirildi

Baxış sayı: 513 dəfə baxılıb.

Musa Qurbanlının İsveç təmsilçisindəki taleyinə aydınlıq gətirildi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Musa Qurbanlı 2024-cü ildə komandada qalacaq”.

Bunu “Yurqorden” klubunun idman direktoru Bosse Andersson Azərbaycan
millisinin futbolçusu Musa Qurbanlının İsveç təmsilçisindəki taleyi ilə bağlı
danışarkən deyib.

Funksioner 21 yaşlı hücumçunun komandadan getməyəcəyini bildirib:

“O, ötən mövsümkü çıxışından məyusdur. Həmçinin, daha çox çalışmaq istədiyini
göstərir. Ondan nələrin tələb olunduğunu da anlayır”.

Bosse Andersson Musa Qurbanlıya inamlarını itirmədiklərini söyləyib:

“Cəmi altı aydır ki, bizimlədir. Onunla uzunmüddətli müqavilə imzalamışıq.
Kimdənsə belə qısa zamanda çox şey tələb etmək ağlabatan deyil. Bəzən vaxt
lazımdır”.

Qeyd edək ki, Musa Qurbanlının klubu ilə müqaviləsi 2026-cı ilədək qüvvədədir.

Mənbə: “Fotbolldirekt” nəşri

Source link