4199b17f-760b-4693-85c2-e644cd88a5d0..jpg

Müsavat partiyasının itkin düşmüş fəalının qətlə yetirildiyi məlum oldu: İş yoldaşı saxlanıldı

Baxış sayı: 461 dəfə baxılıb.

Müsavat Partiyasının itkin düşmüş fəalının qətlə yetirildiyi məlum oldu: İş
yoldaşı saxlanıldı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müsavat Partiyasının itkin düşmüş fəalının qətlə yetirildiyi məlum olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən APA-nın sorğusuna cavab olaraq
bildirilib ki, Natiq Məhəmməd oğlu Mehdinin itkin düşməsi barədə polisə daxil
olmuş müraciət üzrə araşdırma aparılıb.

1964-cü il təvəllüdlü Natiq Məhəmməd oğlu Mehdinin iş yoldaşı, 1966-cı il
təvəllüdlü Elsevər Eldar oğlu İslamov tərəfindən şəxsi münasibətlər zəminində
qətlə yetirilməsinə əsaslı şübhələr müəyyən edib. Elsevər İslamov polis
tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Natiq Məhəmməd oğlu Mehdi Müsavat Partiyasının fəallarından olub.

Source link