9d956105-7489-4d25-83e2-5b24667100fe..jpg

Müşfiq Dilarəni “Cin atı”na mindirəcək – VİDEO

Baxış sayı: 543 dəfə baxılıb.

Müşfiq Dilarəni “Cin atı”na mindirəcək – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bir çox məşhur filmin ssenari müəllifi olan Fariz Əliyev kinosevərlər üçün
yenidən iş başına keçib.

Cixisyolu.com xəbər verir ki, 29 noyabr Nizami Kino Mərkəzində Əməkdar artist Dilarə
Əliyeva, Müşviq Şahverdiyev və Nərmin Xankişiyevanın baş rol aldığını “Cin atı”
filminin qala gecəsi baş tutacaq.

Belə ki, filmin ssenarisində bu dəfə Fariz Əliyevlə birgə, Əlibəy Məmmədli və
Əcəmi Əsədullanın da əməyi var.

Həm komediyanın, həm də qorxu dolu anların birləşdiyi filmin maraqlı süjet
xətti var.

“Sirkdə təlimçi işləyən Xilafə alnına dəyən atın zərbəsindən huşunu itirir və
ölüm ayağında həyat yoldaşı Ələşrəfdən xahiş edir ki, heç olmasa il mərasimini
gözləsin, sonra evlənsin. Ələşrəf söz verir, amma təbii ki, vədinə xilaf çıxır.
40 gündən sonra Arifə adlı xanımla evlənir. Cin atına minən Xilafənin ruhu
Ələşrəflə Arifəni toy gecəsi qovuşmağa imkan vermir. Qorxulu vəziyyətlərlə
üzləşən bəylə gəlin kama çata bilmirlər. Bir-birini əvəz edən nəfəs kəsici
səhnələr qorxulu komediya filmini daha baxımlı edir”.

Qeyd edək ki, filmin quruluşçu rejissorları Kənan Zeynalov və İsmayıl
Zeynalovdur.


Source link